Polis əməkdaşları da peyvənd olunur

Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb. Bu gündən etibarən hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Polis əməkdaşlarının peyvəndlənməsi DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında həyata keçirilir. Qeyd edək ki, yanvarın 18-dən tibb işçiləri, fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb olunub.