Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

Doktoranturaya qəbul üzrə ilk imtahandan keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

ONN media  xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Qanuna dəyişiklik ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Geri qayıt