Putin azərbaycanlı iş adamını təltif etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin əslən azərbaycanlı tanınmış iş adamı, “Kievskaya Ploşad” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Qod Nisanovu Rjevsk Sovet Əsgəri memorial kompleks layihəsinin həyata keçirilməsindəki xidmətinə görə “Xeyirxah işlərə görə” fərqlənmə nişanı ilə təltif edib. ONN media xəbər verir ki, Nisanov həm Rusiyada, həm də Azərbaycanda özünün xeyriyyəçi fəaliyyəti ilə daim seçilir.(publika.az)