Bakıda mənzildən qadın meyiti tapıldı

Bakıda mənzildən qadın meyiti tapılıb. ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Dadaşova Şəfaqət Ağasət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Araşdırma aparılır.