İstanbulun sabiq bələdiyyə sədri vəfat etdi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Kadir Topbaş 76 yaşında vəfat edib. ONN media xəbər verir ki, K.Topbaş uzun zamandır COVID-19-dan müalicə olunurdu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da rəsmi “Twitter” səhifəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Kadir Topbaşın vəfatı ilə bağlı paylaşım edib. Fevralın 14-də İstanbulun Fatih Məscidində keçiriləcək dəfn mərasimində Türkiyə Prezidentinin də iştirak edəcəyi bildirilir.(publika.az)