Daha 3 PKK terrorçusu məhv edildi

İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, terrorçular Qara rayonunda pilotsuz uçuş aparatları vasitəsilə məhv edilib.