Bayramov Lavrovla Qarabağı müzakirə etdi

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. ONN media xəbər verir ki, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı yanvarın 11-də əldə etdiyi razılaşmaların icrasını müzakirə edib. “Xarici İşlər orqanlarının rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci ildə Moskvada əldə etdikləri razılaşmaların həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə etdilər”, - Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.