Məşhur Sovet aktyoru vəfat etdi

Məşhur Sovet və Rusiya aktyoru Andrey Myaqkov 82 yaşında vəfat edib. Bu barədə Çexov adına Moskva Bədii Teatrının mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Andrey Myaqkov Eldar Ryazanovun 1975-ci ildə çəkdiyi “Taleyin ironiyası və ya həmişə təmizlikdə” filmi ilə məşhurlaşıb. Aktyoru Sovet tamaşaçısına sevdirən isə 1977-ci ilə çəkilən “İşdə məhəbbət macərası” filmi olub.