Göyçə gölü ətrafında yüzlərlə qanunsuz obyekt tikilib

Göyçə gölü ətrafında yüzlərlə qanunsuz obyekt tikilib

Ermənistan Baş prokurorluğu Göyçə gölü ətrafında yüzlərlə qanunsuz tikili ilə əlaqədar cinayət işi başlayıb. ONN media  xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Qeyd olunur ki, Göyçə gölünün yerləşdiyi 1 905 metr hündürlüyədək ərazidə ictimai təyinatlı 110 obyekt qanunsuz olaraq tikilib. Obyektlərin ümumi sahəsi 110 min kvadrat metr təşkil edir. Araşdırmalar nəticəsində məlum olub ki, obyektlər əsasən 2011-2020-ci illər arasında tikilib. Cinayət işi ilə bağlı araşdırma aparılır.   /Trend/

Geri qayıt