ABŞ Paris sazişinə qayıtdı

ABŞ Paris sazişinə qayıtdı

ABŞ rəsmi bildiriş verdikdən 30 gün sonra iqlim üzrə Paris sazişinə qayıdır.

ONN media  xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken məlumat verib.

O xatırladıb ki, Prezident Co Bayden vəzifəyə başladığı ilk gün – yanvarın 20-də müvafiq sərəncam imzalayıb. Dövlət katibinin sözlərinə görə, Vaşinqton iqlim dəyişiklikləri məsələlərini bütün səviyyələrdə ən mühüm danışıqlarda qaldıracaq.

İqlim üzrə Paris sazişi 2015-ci ildə 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sənədidir. O, qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.

Geri qayıt