İrandan Ukrayna təyyarəsi ilə bağlı YENİ XƏBƏR

İranın hərbi prokurorluğu ötən ilin əvvəlində Tehran yaxınlığında vurulan Ukraynaya məxsus “Boinq” tipli təyyarə ilə bağlı istintaqı başa çatdırıb. ONN media xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin məhkəmə təşkilatının rəhbəri Şükrulla Bəhrami deyib. Hərbi prokurorluqda araşdırmanın başa çatdığını qeyd edən Bəhrami hazırda iş üzrə ittiham aktı hazırlandığını bildirib.