Ermənistanda 5 nəfər öldü - BU SƏBƏBDƏN...

Ermənistanda son sutkada 168 nəfər koronavirusa yoluxub. ONN media xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 402-yə çatıb. Ölkədə pandemiyadan ölənlərin sayı 5 nəfər artaraq 3164-ə yüksəlib.