Liviyada nazirin avtomobil karvanına HÜCUM EDİLDİ

Liviyanın Daxili İşlər naziri Fethi Başağanın avtomobil karvanına hücum edilib. ONN media xəbər verir ki, bu barədə "Əl Arabiya" telekanalı məlumat yayıb. Bildirilib ki, hadisə Canzur-Tripoli magistral yolunda baş verib. Nazirin avtomobil karvanına hücum edən silahlılardan biri öldürülüb. Nazir heç bir xəsarət almadan hadisə yerindən aparılıb.