İlham Əliyev “AzerGold”la bağlı sərəncam imzaladı

İlham Əliyev “AzerGold”la bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin: Müşahidə Şurasının sədri Rövşən Nəcəf – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü Müşahidə Şurasının üzvləri Elçin Ağakişiyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəisinin birinci müavini İlham Pənahov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru Samir Qurbanov – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

Geri qayıt