Ermənistanda daha 4 nəfər koronavirusun qurbanı oldu

Ermənistanda daha 4 nəfər koronavirusun qurbanı oldu


Ermənistanda son sutkada daha 166 nəfər COVID-19-a yoluxub.
ONN media xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 672-yə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 171-ə yüksəlib. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 803 nəfərdir. İndiyədək 162 329 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 4 366 aktiv koronavirus xəstəsi var.
Geri qayıt