Bu ölkədə rekord hava: temperatur 41,9 dərəcə artdı

Almaniyada bir həftə ərzində havanın temperaturu rekord dərəcədə artıb.
ONN media xəbər verir ki, bu barədə Almaniya Metereologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, Qöttinqen şəhərində fevralın 14-ü havanın temperaturu 23,8 dərəcə şaxta olmasına baxmayaraq, artıq fevralın 21-i havanın temperaturu 18,1 dərəcə isti olub. Bir həftə ərzində havanın temperaturu 41,9 dərəcə artıb.
Qeyd edək ki, Almaniyada son dəfə analoji durum 1880-ci ildə baş verib.