Bakının girişindəki dəhşətli qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakının girişindəki dəhşətli qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Ələt-Qazax magistral yolunun Qaradağ rayonu Puta qəsəbəsi ərazisində - Hərbi Dəniz Qüvvələrinin qərargahının önündə baş verən zəncirvari qəzada bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsindən ONN media -ya bildirilib ki, hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan bir nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb. Hazırda magistral yolda hərəkətin bərpa edilməsi istiqamətində iş aparılır.

Geri qayıt