Qardaş ölkədə COVİD-ə yoluxanların sayı artır

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. ONN media xəbər verir ki, gün ərzində 73 nəfər pandemiyanın qurbanı olub.
Sutkada 126 min 527 koronavirus testi aparılıb, onlardan 9 min 572-si müsbət çıxıb. Ağır xəstə sayı 1192 təşkil edir. 6 min 210 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 546 min 503-ə yüksəlib.