Karantin rejimi yenidən sərtləşdiriləcək? – RƏSMİ CAVAB

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. ONN media xəbər verir ki, Şahmar Mövsümov report-a açıqlamasında bununla bağlı hər hansı bir məlumat olmadığını bildirib: “Əgər elə bir məlumat olarsa onunla bağlı ictimaiyyətə məlumat veriləcək”, - Prezidentin köməkçisi bildirib.