Öskürəyi kəsən təbii üsullar

Qış mövsümündə bir çox xəstəliklər özünü biruzə verməyə başlayır. Soyuqdəymə zamanı ən tez əmələ gələn öskürək isə ən gec keçən simptomdur.
ONN media ev şəraitində öskürəkdən xilas olmağın yollarını təqdim edir: Ballı süd Südə bal əlavə olunarsa, öskürəyi azaldır. Yatmadan əvvəl qəbul edildikdə yaxşı yuxu gətirir. Soğan suyu Təzə soğanın sıxılmış suyu bir qaşıq balla qarışdırılıb içilməlidir. Bu qarışım ən effektiv üsullardan biridir. Mayenin qəbul edilməsi Boğaz və bronx qişasına qan axını stimullaşdırmaq üçün öskürək olduqda kifayət qədər maye içmək vacibdir. Bitki çayları, bəlğəmin incəldilməsi və öskürəyin asanlaşdırılması üçün idealdır.(axşam.az)