Müxalifətçilər Ermənistanın hökumət binasında - VİDEO

Müxalifətçilər Ermənistanın hökumət binasında - VİDEO

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları davam edir. ONN media  xəbər verir ki, müxalifət fəalları İrəvanın mərkəzindəki 3 saylı hökumət binasında etiraz nümayişi təşkil edib. Polisin müqavimətinə baxmayaraq, müxalifətçilər binanın giriş hissəsinə daxil olub. Sonra "Nikolsuz Ermənistan" şüarları səsləndirilib. Müxalifətçilər nəzarət nöqtəsindən kənara çıxa bilməyib. https://youtu.be/1IQAW3aQ12g

Geri qayıt