Lukaşenko oğlunu işdən çıxartdı

Belarus Prezidenti Aleksandr Lukaşenko böyük oğlu Viktor Lukaşenkonu Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən çıxarıb. ONN media xəbər verir ki, bu barədə Lukaşenko sərəncam imzalayıb. Qeyd edək ki, V.Lukaşenko fevralın 26-da ölkənin Milli Olimpiya Komitəsinin prezidenti seçilib.