Qasparyan özü ən böyük satqındır - PAŞİNYAN

Qasparyan özü ən böyük satqındır - PAŞİNYAN

"Baş qərargahın Ermənistanın Baş nazirinin istefası ilə bağlı açıqlaması əvvəlki hökumətin generallara təsirinin nəticəsidir”. ONN media  xəbər verir ki, bunu Respublika meydanındakı mitinqdə erməni Baş nazir Nikol Paşinyan deyib. Onun sözlərinə görə, 2008-ci ilin martında öz xalqının üzərinə ordu yeridənlər indi bunu yenidən etməyə çalışırlar: "Eyni insanlar bu gün də ordunu xalqa və bu xalqın seçdiyi hökumətə qarşı qaldırmağa cəhd edirlər. Əks halda, Baş qərargahın bəyanatını başqa cür izah edə bilmərəm" Baş nazir bildirib ki, bu, bir təxmin deyil, konkret əsaslandırılmış bir haldır.

Geri qayıt