Bakıda yanğın olayı: 4 nəfər yanğından XİLAS EDİLDİ

Bakıda yanğın olayı: 4 nəfər yanğından XİLAS EDİLDİ

Bakıda yanğın hadisəsi baş verib. ONN media  Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 460 m² olan ikimərtəbəli mansarda tipli evin zirzəmisində 1 ədəd kondisioner, 1 ədəd televizor və 3 ədəd xalça yanıb. Yüksək temperaturdan divar 5 m² sahədə qarsalanıb və 2 ədəd elektrik sobası əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər xilas olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt