Bakıda 20 min müəllim peyvənd olunacaq

Bakıda 20 min müəllim peyvənd olunacaq

Kütləvi vaksinasiya məktəblərin əyani tədrisə keçidini daha da sürətləndirəcək.

ONN media  xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki, 50 yaşdan yuxarı olan təxminən 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək. Bunun üçün Bakıda 5 məktəb mərkəz kimi təşkil edilib.

M.Vəliyeva deyib ki, vaksinasiya bizim normal həyata keçməyimizi təmin edəcək.

Geri qayıt