Evində avtomat gizlədən şəxs belə ələ keçdi

Polis evdə gizlədilmiş odlu silahı aşkarlayıb. ONN media xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini N.Əliyevin yaşadığı evə baxış zamanı oradan “AK-74” markalı avtomat silahı və 30 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma aparılır.