Bakıda maaşlar 6,9 faiz artdı
Bakı şəhəri üzrə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı açıqlanıb. ONN media xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Belə ki, 2020-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 927,2 manat təşkil edib.
