Rusiyadan gözlənilməz həmlə - 2 şəhər bombalandı

Rusiyadan gözlənilməz həmlə - 2 şəhər bombalandı

Ötən gecə Rusiyanın Suriyada yerləşən hərbi birlikləri ölkənin şimalındakı Cerablus və El-bab şəhərlərini bombalayıb.

ONN media xəbər verir ki, Türkiyə sərhədinə yaxın olan Cerablusun raketlərlə hədəfə alınması nəticəsində 1 mülki insan həlak olub, daha 9 nəfər isə yaralanıb. Bildirilir ki, ərazidəki Hamiran neftçıxarma mərkəzi hədəfə alınıb və buradakı neft çənləri alovlanıb.

Cerabusa edilən hücumdan 10 dəqiqə sonra isə El-bab bombalanbıb. Hələbə bağlı olan ərazinin bombalanması nəticəsində insan itkisi olmayıb.

Suriya Milli Ordusu hücumun Rusiya tərəfindən həyata keçirildiyini və şəhərlərin ayrı-ayrı bazalardan açılmış atəşlə vuruduğunu bildirib.

Geri qayıt