İntihar edən şagirdlərlə bağlı məktəbdən AÇIQLAMA: Onlar əslində...

Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin intihar edən şagirdlərinin hər ikisi birlikdə Lökbatana hazırlığa gedirdilər. Bu barədə Qobu qəsəbə 2 nömrəli orta məktəbdən verilən açıqlamada deyilib. Məktəbdən bildirilib ki, hər iki şagird yaxşı oxuyub: “Onların hansısa psixoloji problemləri yox idi. İntihar səbəbini biz də bilmirik, aidiyyəti qurumlar araşdırır. Həmin gün valideynləri də elə bilib ki, qızlar hazırlığa gediblər. Məktəbdə dərslər XI siniflər üçün uzun müddətdir ki, distant davam etdirilir. Onlar hər gün dərslərə qoşulurdu. Ailələrində hansısa problemin olub-olmamasından isə xəbərsizik”. Qeyd edək ki, ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində 11-ci sinif şagirdləri 2004-cü il təvəllüdlü Mətanət Elşən qızı Quliyeva və Əfruz Rafiq qızı Səmədova özlərini binanın damından ataraq intihar ediblər.