Polis əməliyyat keçirdi: HƏBS EDİLƏN VAR

Lənkəran sakini narkotiklə tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən xəbərə görə, Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Babayev 1,30 qram heroini satarkən saxlanılıb. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 130 qram heroin aşkar edilərək götürülüb.