İlon Mask bir günə rekord məbləğdə VARLANDI
SpaceX və Tesla səhmlərinin bahalaşması nəticəsində İlon Maskın bir gündə gəliri rekord həddə 25 milyard dolar həcmində artıb.
ONN media xəbər verir ki, bir gündə ən rekord həddir.
Bloomberg Billionaires Index (BBI) məlumatına görə, bununla da Maskın varidatı 147 mlrd dollar dəyərləndirilir. Mask hazırda varidatına görə, dünyada Amasonun yaradıcısı Ceff Bezosdan sonra ikinci yerdə qərarlaşıb. Bezosun varidatı 180 mlrd dollar həcmində qiymətləndirilir. Bezosun ötən gün ərzində gəliri 5,95 mlrd dollar artıb.
