Şabranda güclü yanğın - 3 nəfər...

Şabranda güclü yanğın - 3 nəfər...

Şabran rayonunda yanğın olub.

ONN media  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Şahnəzərli kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 185 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt