Bu ölkədə Azərbaycan vətəndaşları HƏBS EDİLDİ

Bu ölkədə Azərbaycan vətəndaşları HƏBS EDİLDİ

Ukraynanın paytaxtı Kiyevdə iki Azərbaycan vətəndaşı həbs olunub. Kiyevin Svyatoşinskiy rayon polisi 1985-ci il təvəllüdlü İbrahimov İlqarı və 1980-ci il təvəllüdlü Məlikzadə Təvəkkülü saxlayıblar. Rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 2 aylıq həbs qətimkan tədbiri seçib. Saxlanılmaya səbəb Ukrayna vətəndaşı Y.K. (qadın) tərəfindən qarət və insanlara hücumla bağlı verdiyi izahat səbəb olub.

Geri qayıt