Bu peyvəndin Avropada istifadəsinə İCAZƏ VERİLDİ

Avropa Komissiyası koronavirusa qarşı ABŞ-ın "Johnson & Johnson" şirkətinin istehsal etdiyi peyvəndlərin Avropa İttifaqında istifadəsinə icazə verib. ONN media xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Avropa İttifaqının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Komissarı Stella Kiriakidis yazıb. S.Kiriakidis bildirib: "Avropa Komissiyası COVİD-19-a qarşı peyvənd bazarına çıxış üçün "Johnson & Johnson" şirkətinə icazə verib. Avropada və xaricdəki vətəndaşlar üçün artıq dörd peyvənd mövcuddur. Təchizatın mümkün qədər fasiləsiz olmasını təmin etmək üçün şirkətlə işimizi davam etdirəcəyik".