Sabahdan Gürcüstanda vaksinasiya prosesi başlayır
Sabahdan etibarən, Gürcüstanda koronavirus əleyhinə vaksinasiya prosesi başlayır. ONN media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, sabahdan etibarən, ilk növbədə səhiyyə sahəsində çalışanlar - həkimlər, labaratoriya işçiləri, stomatoloqlar, epidemoloqlar, səhiyyə sahəsindəki administrativ işçilər vaksinasiya olunacaqlar.
