Tural Gəncəliyev İsveçin Xarici İşlər naziri ilə görüşüb

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev İsveçin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə görüşüb. ONN media xəbər verir ki, bu barədə Tural Gəncəliyev “facebook” hesabında paylaşım edib. O bildirib ki, görüş zamanı Qarabağa dönüş, birliyin Xankəndi şəhərində gələcək fəaliyyətinə dair müzakirələr aparılıb.