Tbilisidə 9 nəfər şaurmadan zəhərləndi

Bu gün paytaxt Tbilisidə 9 nəfər şaurmadan zəhərlənib. ONN media xəbər verir, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, 9 nəfər qida zəhərlənməsi ilə Boçoroşvili klinikasına aparılıb. Həkimlər tərəfindən onların şaurmadan zəhərləndiyi müəyyən olunub. Klinikadan verilən məlumata görə, onların son vəziyyəti qənaətbəxşdir.