Gürcüstanda axtarılan şəxs Bakıda HƏBS EDİLDİ - VİDEO

Gürcüstanda axtarılan şəxs Bakıda HƏBS EDİLDİ - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində yerləşən ərzaq mağazalarından birindən oğurluq etməkdə şübhəli bilinən Samir İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya  verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin şəxs Gürcüstan Respublikasında müxtəlif cinayətlər etməkdə şübhəli bilindiyi üçün həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. Qeyd edilən faktlarla bağlı S.İsmayılov barəsində araşdırmalar davam etdirilir. https://youtu.be/0uTqHWSET6k

Geri qayıt