Azərbaycanda nə qədər maska istehsal edilib?

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5,8 mln. ədəd tibbi maska istehsal edilib. ONN media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir ki, fevral ayında 2,5 mln. ədəd maska istehsal olunub ki, bu da yanvar ilə müqayisədə 24,2% azdır. Martın 1-nə ölkədə hazır maska ehtiyatı 3,3 mln. ədəd təşkil edib.