Sabirabadda AĞIR QƏZA: Ölən və yaralananlar var

Sabirabad rayonunun Nizami kəndində ağır yol qəzası baş verib. ONN media xəbər verir ki, hadisə Hacıqabul-Bəhramtəpə avtomobil yolunda qeydə alınıb. "Kia" və "VAZ 2115" markalı avtomobillərin toqquşduğu avtoqəza zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.