Azərbaycan və Slovakiya XİN başçılarının görüşü başladı

Xarici İşlər naziri Ceyhun Bayramovla Azərbaycanda işgüzar səfərdə olan Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçok arasında görüş başlayıb. ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.