Qazaxıstanda güclü zəlzələ oldu
Qazaxıstanın Çinlə sərhəd bölgəsində 4,8 bal gücündə zəlzələ baş verib.
ONN media xəbər verir ki, Qazaxıstanın Seysmik Stansiyalar Şəbəkəsinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Jarkent şəhərindən 70 km şimal-şərqdə, Çin və Qazaxıstanın sərhəd bölgəsində yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
