Kirkorov onu buna görə QOVDU - ŞOK SƏBƏB

Rusiyanın Xalq artisti Filipp Kirkorov münsifi olduğu yarışmadan müğənni Azizanı qovub. ONN media xəbər verir ki, buna səbəb Kirkovun onu uzun illər küsülü olduğu Əməkdar artist Anita Tsoyla səhv salması olub. Belə ki, NTV-də yayımlanan “Maska” şousunda iştirak edən Aziza pinqvin obrazında səhnəyə çıxıb. Bütün münsiflər onu Tsoyla səhv salıb, Kirkorov da onlar arasında olub.
Anita mövzu barədə açıqlama yayaraq qeyd edib ki, hadisədən sonra dərhal əsəbləşən həmkarına zəng vurub: “Aziza incidildi. Həqiqətən finala çıxmaq istədi və şouda iştirak etdi.. Çox yaxşı səsə malikdir. Buna görə əlbəttə ki, bu qədər sürətlə qalxacağını düşünməmişdi. Lakin mənim ucbatımdan....” Tsoy əmindir ki, Kirkorov Azizanın pinqvin kostyumunda olduğuna eyham vurulsaydı, o, şouda qalardı.