ANAMA İdarə Heyəti sədrinin müavini kollektivə təqdim edildi

ANAMA İdarə Heyəti sədrinin müavini kollektivə təqdim edildi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov kollektivə təqdim olunub. Bu barədə ONN media -ya ANAMA-dan bildirilib. Məlumata görə, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Samir Poladovu kollektivə təqdim edib. Qeyd edək ki, bu il martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Samir Poladov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Geri qayıt