“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri 9 gün işləməyəcək

20-28 mart tarixində Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
29 mart tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.