Dağıstanda qar uçqunu oldu - YOLLAR BAĞLANDI

Dağıstanın Rutul rayonunda qar uçqunu olub, doqquz yaşayış məntəqəsinə gedən yollar bağlanıb. ONN media xəbər verir ki, məlumatı Rusiya FHN-in bölgə üzrə idarəsi yayıb. Hadisə barədə məlumat dispetçerlərə bu gün axşamçağı daxil oub. "Rutul rayonunun Saxur kəndinin kənarında qar uçqunu olub. Doqquz yaşayış məntəqəsinə - Süqut, Muslax, Mişleş, Korş, Cinnıx, Ottal, Kalal, Muxax, Kusura - gedən yollar bağlanıb. Orada 779 evdə 3899 nəfər, o cümlədən 976 uşaq yaşayır. Ərazidə 14 sosial əhəmiyyətli obyekt var", - məlumatda deyilir. FHN-dən bildirilib ki, dağıntı və xəsarət alan yoxdur. Yolun təmizlənməsinə isə bazar ertəsi 08:00-da başlayacaqlar.