Qalib ordu,Qarabağ Azərbaycandır!

Qalib ordu,Qarabağ Azərbaycandır!


Qalib ordu,Qarabağ Azərbaycandır!


Azərbaycan 1920-ci ildə Rusiyanın XI Qızıl (Qırmızı) ordusu tərəfindən işğal edildikdən sonra müstəqillıyimizi itirdik və biz 70 il SSRİ kimi nəhəng bir imperiyanın tərkibində qalmaq zorunda olduq. Milli Ordu buraxlmış, bütün məsələlər Mərkəzdə- Moskvada həll olunurdu. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan SSRİ-də Milli Azadlıq hərəkatının mərkəzinə çevrildi. Moskva ipə-sapa yatmayan Azərbaycanı cəzalandırmaq istəyirdi. Bununla əlaqədar SSRİ-nin DTK-sı tərəfindən 20 Yanvar faciəsi, Sumqayıt fitnəkarlığı törədildi. Daxildə sabitlik pozuldu. Moskva ermənilər arasında seperatçı meyillərin gücənməsinə, ”Müatsum” (birləşmək) şüarı altında Dağlıq Qarabağ Vilayətinin Azərbaycan SSR-nin tərkibindən çıxarılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün şərait yaratdı. Digər tərəfdən də Azərbaycanda daxili vəziyyət böhranla nəticələndi. Bunun nəticəsində dalbadal dövlət çevrilişləri və hərbi qiyamlar baş verdi. Surət Hüseynovun başçılığı ilə 3-4 iyun 1993-cü ildə baş vermiş Gəncə qiyamı bu hadisəiləri pik həddinə çatdırdı.

Daxildəki sabitliyin pozulmasından istifadə edən ermənilər ilk növbədə DQMV-dən Azərbaycan türklərini qovdu, sonradan isə təhlükəzlik kəməri bəhanəsi Dağlıq Qarabağın ətrafinda yerləşən yeddi rayonu işğal edərək DQMV-ni faktiki olaraq Ermənistana birləşdirdi. Azərbaycanın 20 faiz torpaqları beləliklə erməni silahlı birləşmələri tərəfindən işğal edildi. İşğal altındakı Azərbaycan torpaqlarına Suriyadan, Livandan, Kişik Asiyanın digər bölgələrindən qeyri qanuni olaraq erməni əhalisi köçürülərək məskunlaşdırıldı.

Azərbaycanda yaranmış vəziyyətlə əlaqədar olaraq ümummilli lider Heydər Əliyev dövlətin sükanına dəvət olundu. Seperatçı qüvvələrin bölüşdürücülük meyillərinin qarşısını alan, ölkəni vətəndaş müharibəsinin astanasından xilas edən Heydər Əliyev işğal edilmiş torpaqların geri qaytarılması üçün dünyanın böyük güc mərkəzləri ilə səmərəli iş qurdu. Ordu quruculuğuna küllü müqdar vəsait lazım idi. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün güclü investorlar ölkəyə dəvət edildi. İxrac neft və qaz kəmərlərinin, elcə də digər infrastruktur layihələrinin həyata keçirilməsinə başlandı. Ölkədə başlanmış bu siyasət İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildi. Ermənistanda hakimiyyətdə olan”demokrat” Levon Ter Petrosyan iqtidarı, Sarkisyan-Koçaryan xunta rejimi Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqları imitasiya edir, hər vəchlə işğal edilən torpaqların geri qaytarılmasından imtina edirdilər.

2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişi, danışıqları mənasız etdi. O, bəyan etdi ki, “Qarabağ Ermənistandır.” İlham Əliyev cənablarının xəbərdarlıqlarına əhəmiyyət verməyən Ermənistanla müharibə qaçılmaz oldu. 27 sentyabrda Vətən müharibəsi başlandı və 10 noyabrda bu müharibə Ermənistanın məğlubiyyəti və kapitulyasiya aktını imzalaması ilə başa çatdı.


İlham Əliyev cənabları 26 fevral 2021ci il tarixdə beynəlxalq və yerli mətbuat orqanlarının nümayəndələri üçün keçirdiyi mətbuat konfransında 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı qələbənin mənbəyinin, xalqın və ordunun birliyindən, özordumuzun müasir silahlarla təchizatından, hərbi komandanlığın, general və zabitlərimizin peşəkarlığından ibarət olduğunu bəyan etmişdir.


Müharibənin gedişini izlədikdə aydın olur ki, həqiqətən də hərbi əməliyyatlar vahid mərkəzdən, bilavasitə Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilmiş, nəticəyönümlü olmuş, xalqımızın Ermənistan üzərində qələbəsini təmin etmişdir.


Ölkəmiz ciddi hazırlaşaraq müharibəni az itgilərlə, ildırım sürəti ilə başa vurmağa nail oldu. Azərbaycan ordusunun ruh yüksəkliyi, peşəkarlığı, əsgərlərimizin vətənpərvərliyi nəticəsində ordumuz dayanmadan irəliləyərək qısa müddətdə Cəbrayılı, Füzülini, Qubadlını, Zəngilanı erməni işğalından azad edərək İranla olan dövlət sərhədlərimizi bərpa etməyə müvəffəq oldu.


Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi. Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən-Laçın dəhlizindən və Qırmızı bazar istiqamətindən gözləyirdi.

Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Əvvəlcə hər iki tərəf qəsəbəyə nəzarət etdiyini bəyan edirdi. Hadrutun azad edilməsi barədə ziddiyətli məlumatlar yayılırdı. Çünki qəsəbənin ətrafındakı hakim yüksəkliklər düşmənin nəzarətində olduğu halda xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Əməliyyatın sonrakı gedişində Hadrut ətrafındakı yüksəkliklər də azad edildi və təxminən 2-3 gün davam edən döyüşlərdən sonra qəsəbə tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi. Bitərəf mənbələr bildiriblər ki, Azərbaycan silahlı qüvvələri 14 və ya 15 oktyabrda Hadrutu tam ələ keçiriblər. Qəsəbənin şimalında və qərbində oktyabrın 30-dək digər kəndlər və yüksəkliklər uğrunda yeni döyüşlər baş vermişdir. Hadrutun alınması hərb tariximizin şanlı şəhifələrindən biridir.


Şuşa uğrunda çətin şəraitdə gedən döyüşlər Azərbaycan əsgərinin mətanətini, cəsarətini, yenilməzliyini sübut etdi. Xüsusi təyinatlalarımız Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanı qeyri bərabər döyüşdə azad edə bildi, bu da düşməninin nəfəsini kəsdi və ağ bayraq qaldırmağa məcbur etdi.


Eyni zamanda Vətən müharibəsi bizə yeni təcrübə və vərdişlər qazandırdı. Əldə etdiyimiz silah-sursatları, dəqiqliklə hazırlanmış, Baş Komandan tərəfindən təsdiq edilən planları, strateji məqsədləri, döyüş meydanlarında sınaqdan keçirilməsinə imkan verdi, bununla da müharibənin gedişində yaranmış çətinliklərin məharətlə aradan qaldırılması təmin olundu. Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüş əməliyyatları keçirrmədən geri qaytarmağa nail olundu, nəticədə düşmən bu əraziləri qeyd şərtsiz tərk etdi.


Vahid komandanllq,dəqiq planlaşdırma, hərb sənətində mövcud olan bütün elementlərin düzgün kombinasiyası, kəşfiyyat, artileriya,pilotsuz üçuş aparatları, pılotsuz kamikadzelərdən,müxtəlif ordu birləşmələrindən, xüsusi təyinatlılardan düzgün istifadə edilməsi az itgilərlə Azərbaycan ordusunun Vətən müharibəsində qələbəsini təmin etdi.

Əldə edilən qələbədə Milli Ordunun bütün qoşun növlərinin və birləşmələrinin vahid komandanlıq altında fəaliyyətinin uzlaşdırılması, “Dəmir yumruq” əməliyyatının uğurla həyata keşrilməsini təmin etdi. Bu zaman pilotsuz üçuş aparatları, pılotsuz kamikadzelərdən yerli yerində istifadə edilməsi düşməni vahiməyə salaraq, onun sıralarında fərariliyi güçləndirdi, mənəvi sarsıntılara,psixoloji düşkünlüyə səbəb oldu. Düşmən isə bunu gözləmirdi. Azərbaycan dövləti, milli ordu düşmənə yerini göstərdi.


Ermənilər işğal etdikləri torpaqlarımızdakı yaşayış məskənlərini, maddi-mədəniyyət abidələrini, Şuşa memarlıq qoruğunu məhv etmişdir. Rəsmi məlumatlara əsasən təkcə Qarabağda 67 məscid darmadağın edilmiş, Çəbrayıl, Füzuli və Ağdam şəhərləri tamamilə viran edilmişdir. Respublikanın Gəncə, Mingəşevir, Sumqayıt şəhərləri,Xızı rayonunda dinc əhali yaşayan ərazilər raket zərbələrinə məruz qalmışdur. Azərbaycan ordusu isə ancaq düşmənə, erməni hərbi birləşmələrinə qarşı döyüş əməliyyatları aparmışdır.


İşğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən infrastruktur layihələr sürətlə icra olunur. 15 mart tarixində Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi təşkil olunmuşdur. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya - Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər avtomagistral çəkiləcək. İnşa ediləcək və uzunluğu 13 kilometr olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq,belə az bir müddətdə böyük quruculuq işləri başlamışdır.


Azərbaycan ordusu ədalətli müharibə apararaq işğal altındakı 20 faiz torpaqlarımızın azad edilməsini təmin etdi. Erməni silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şətsiz çıxarılmasına dair BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetiriməsini təmin etdi. Doğma torpaqlarından didərgin salınmış soydaşlarımızın yurd-yuvalarına qayıda bilmələri üçün şərait yaratdı.

Azərbaycan ordusu müharibə aparlması qaydalarına əməl etmiş müzəffər bir ordudur.


Yaşasın Azərbaycan ordusu,onun Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev!

Hörmətlə, tarixçi-tədqiqtçı Emin Əzimli. Oğuz rayonu.
Geri qayıt