Vətən müharibəsində ağır yaralanan əsgər bu gün şəhid oldu

Vətən müharibəsi zamanı ağır yaralanaraq komaya vəziyyətinə düşən əsgər Əli Vaqif oğlu İsmayılov şəhid olub.
ONN media xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, onu komadan ayıltmaq mümkün olmayıb.
Qeyd edək ki, Ə.İsmayılov Goranboy rayon Qaradağlı kənd sakinidir.
Allah rəhmət eləsin! (report)