Ölkədə neçə nəfər vaksinasiya olunub? - SON AÇIQLAMA

Martın 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 19 427 nəfər vaksinasiya olunub.
ONN media Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510 420 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.