10 dəqiqədə şokoladlı tart keksi resepti

Tərkibi: 2 yumurta, 1 çay stəkanı şəkər tozu, 1 çay stəkanı süd, 1 çay stəkanı duru yağ, 3 yemək qaşığı kakao, 1 paket vanilin, 2 çay stəkanı un, 1 paket qabartma tozu, Keksini islatmaq üçün: 1 su stəkanı süd, Keksin kremi üçün: 200 ml süd qaymağı, 200 q südlü bittər qarışıq şokolad, Keksin üzəri üçün: Hindistan cevizi, Şokolad parçaları, Şokolad topları, Hazırlanması: Yumurta və şəkəri 8-10 dəqiqəyə yaxın köpürüncə çırpın. Süd , duru yağı, vanilini , kakao, ələnmiş unu ələyərək qarışdırdıqdan sonra ələnmiş qabartma tozunu da əlavə edib spatula ilə qarışdırın. Sobanı əvvəlcədən 170 dərəcə qızdırın. Kərə yağı ilə yağlanmış 28 cm -lık tart qəlibinə boşaldıb öncədən qızdırılmış sobada 170 dərəcədə 22-23 dəqiqədə nəzarət edərək bişirin. Bişən tartı sobadan çıxardıb soyumağa qoyun. Soyuyan keksi servis tabağına tərs çevirin. Kürdan ilə dələrək 1 su stəkanı süd ilə hər tərəfini ısladıb südün çəkilməsini gözləyin. Son olaraq hazırlanan kremi üzərinə yayın. Arzuya görə süsləyin. Nuş olsun!